Accessibility links

ABŞ Üsama bin Ladenin həyat yoldaşlarını dindirib

  • Amerikanın səsi

ABŞ Üsama bin Ladenin həyat yoldaşlarını dindirib

ABŞ Üsama bin Ladenin həyat yoldaşlarını dindirib

Ağ Evin sözçüsü Cey Karney bu gün Birləşmiş Ştatların Üsama bin Ladenin Pakistandakı həyat yoldaşlarını dindirdiyini bəyan edib. Cənab Karney əlavə detallar barədə məlumat verməyib. Birləşmiş Ştatlar keçən həftə Pakistanda reyd zamanı öldürülən Əl-Qaidə lideri barədə daha çox məlumat almaq üçün onun həyat yoldaşlarını sorğu-sual etmək istəyirdi. Üsama bin Laden öldürüldükdən sonra onun yaşadığı evi nəzarəti altına alan Pakistan Əl-Qaidə liderinin 3 arvadını həbs edib.

XS
SM
MD
LG