Accessibility links

ABŞ və Avstraliya kiberhücumlara qarşı birgə müdafiə sazişi əldə edib


ABŞ və Avstraliya kiberhücumlara qarşı birgə müdafiə sazişi əldə edib
ABŞ və Avstraliya kiberhücumlara qarşı birgə müdafiə sazişi əldə edib

ABŞ və Avstraliya rəsmiləri kiberhücumlara qarşı birgə müdafiə sazişi əldə edib. Bəyanat iki ölkənin xarici işlər nazirlərinin San Fransisko şəhərindəki görüşü zamanı verilib. ABŞ beləliklə NATO xaricində ilk kibernetika razılığı əldə edir. Amerikanın müdafiə naziri Leon Panetta bu yaxınlarda keçirdiyi mətbuat konfransında elektron kommunikasiyaların gələcəyin mübarizə sahəsi olacağını demişdi. O bildirmişdi ki, ABŞ kiberhümlarla bağlı ciddi mübarizə etməklə yanaşı, öz hücum qabiliyyətini də gücləndirəcək. Müdafiə naziri bunun Amertikanın müttəfiqləri ilə iş birliyi ilə mümkün olacağını qeyd edib. Panetta Amerikanın yaxın müttəfiqi Avstraliyanın yerləşdiyi Sakit Okeanı hövzəsində potensial təhlükə olduğunu deməyib. Lakin Çin və Şimali Koreya artıq kiberhücumlara qarşı müdafiə qabiliyyəti gücləndirib.

XS
SM
MD
LG