Accessibility links

ABŞ və Cənubi Koreya əlaqələri möhkəmləndirir


ABŞ və Cənubi Koreya əlaqələri möhkəmləndirir

ABŞ və Cənubi Koreya əlaqələri möhkəmləndirir

ABŞ və Cənubi Koreya azad ticarətə dair uzun müddət dayandırılmış danışıqları bərpa etmək və müharibə zamanı Seulun hərbi qüvvələrə özünün nəzarətini təmin edəcək planın təxirə salınmasına razı olublar

ABŞ və Cənubi Koreya azad ticarətə dair uzun müddət dayandırılmış danışıqları bərpa etmək və müharibə zamanı Seulun hərbi qüvvələrə özünün nəzarətini təmin edəcək planın təxirə salınmasına razı olublar. Dünən Torontoda Böyük 20-lərin sammtində Cənubi Koreya prezidenti Li Myunq-Bakla görüşündən sonra ABŞ prezidenti Barak Obama deyib ki, o, azad ticarətə dair sazişlə bağlı məsələlərin noyabr ayında qrupun növbəti sammitindən əvvəl həll olunmasını istəyir. O bundan bir neçə ay sonra müqaviləni Konqresə təqdim edəcəyini deyib. Liderlər həmçinin keçid planını möhkəmləndirmək üçün Vaşinqtonun müharibə dövrü hərbi qüvvələrə nəzarətin Cənubi Koreyanın özünə verilməsini 2015-ci ilə kimi təxirə salmaq qərarına gəliblər. Cənab Li və cənab Obama Şimali Koreyanın Cənubi Koreyanın hərbi gəmisini batırmasının ardınca Şimalın yeni əməllərinin qarşısını almaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

XS
SM
MD
LG