Accessibility links

ABŞ və Cənubi Koreya nümayəndələri ticarət üzrə razılığa gələ bilmədi


ABŞ və Cənubi Koreya nümayəndələri ticarət üzrə razılığa gələ bilmədi
ABŞ və Cənubi Koreya nümayəndələri ticarət üzrə razılığa gələ bilmədi

ABŞ və Cənubi Koreya ticarət təmsilçiləri prezidentlərin gələn həftə imzalanması uzun müddət ləngidilən razılığın hazır olub-olmadığını demirlər. ABŞ-ın ticarət nümayəndəsi Ron Körk və Cənubi Koreya ticarət naziri Kim Conq-hun bazar ertəsindən bəri görüşlərdə üç il möhlətli azad ticarət razılığı üzərində fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar. Lakin danışıqlar bu gün heç bir irəliləyiş əldə olunmadan dayandırlıb. Nümayəndələr nə vaxt görüşəcəklərini də açıqlamayıblar. ABŞ prezidenti Barak Obama və onun Cənubi Koreyalı həmkarı Li Myunq-bak ötən həftə razılaşmışdılar ki, sabah Seulda başlanacaq Böyük İyirmiliyin sammitindən öncə müqavilə imzalasınlar.

XS
SM
MD
LG