Accessibility links

ABŞ və Əfqanıstan rəsmiləri yeni saziş imzalayıb


ABŞ və Əfqanıstan bazar günü əfqanların xüsusi əməliyyatlara rəhbərlik etmələri barədə saziş imzalayıblar. Sazişə tərəflər arasında böyük gərginliyə səbəb olan əfqanların evlərinə ziddiyyətli gecə reydləri də daxildir. Əfqan müdafiə naziri Əbdül Rəhim Vardak və NATO qüvvələrinin Əfqanıstandakı amerikalı komandiri Con Alen sazişi Kabildə keçirilən mərasimdə imzalayıb.

Saziş əfqan rəsmilərinə planlaşdırılmış əməliyyatlara veto qoymaq imkanı verir. Beləki yaradılmış Əfqan Əməliyyat Kordinasiya qrupu xüsusi əməliyyatları təsdiqlədikdən sonra əməliyyat ABŞ qüvvələrinin köməyilə əfqan qüvvələri tərəfindən həyata keçiriləcək. Bundan başqa ABŞ qüvvələri yalnız tələb və ya müraciət olduğu təqdirdə və yalnız əfqan təhlükəsizlik qüvvələri ilə bərabər mülkü vətəndaşların evlərinə daxil olacaqlar.

XS
SM
MD
LG