Accessibility links

ABŞ və Kanadanın şəhərlərində 28 May Azərbaycanın Milli Günü kimi tanınır


ABŞ və Kanadanın şəhərlərində 28 May Azərbaycanın Milli Günü kimi tanınır

ABŞ və Kanadanın şəhərlərində 28 May Azərbaycanın Milli Günü kimi tanınır

Birləşmiş Ştatların bir sıra şəhərlərinin merləri 28 May gününü Azərbaycanın Milli Günü kimi elan etməyə davam edir.

ABŞ-da və Kanadada fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyəti nəticəsində artıq paytaxt Vaşinqton, İndiana ştatının Bluminqton, Meyn ştatının Portland, Şimali Dakota ştatının Farqo şəhərləri, habelə Kanadanın Vankuver şəhərinin merlərinin qərarı ilə mayın 28-i Azərbaycanın Milli Günü elan edilib.

Bu sənədlərdə 1918-ci may ayının 28-də türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Respublikasının yaradılması və respublikanın Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra demokratik ölkələr tərəfindən tanınması, 1991-ci il oktyabrın 18-də Azərbaycan partlamentinin qərarı ilə Sovet İttifaqından müstəqil Azərbaycan dövlətinin yaradılması, Naxçıvan və Qarabağın da tərkibində olduğu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 1992-ci ildən ABŞ tərəfindən tanınıb dəstəkləndiyi, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının fəal üzvü olduğu, Azərbaycan əsgərlərinin Kosovo, Əfqanıstan və İraqda ABŞ-la çiyin-çiyinə sülhməramlı əməliyyatlarda iştirakı qeyd edilir.

Azərbaycanın Respublika günü ilə bağlı ABŞ-ın bir sıra ştatlarının yerli mətbuat orqanlarında da məqalələr dərc edilmişdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG