Accessibility links

ABŞ və Pakistan ekstremist ideologiyalara qarşı əməkdaşlıqlarını möhkəmləndirirlər


ABŞ və Pakistan ekstremist ideologiyalara qarşı əməkdaşlıqlarını möhkəmləndirirlər

ABŞ və Pakistan ekstremist ideologiyalara qarşı əməkdaşlıqlarını möhkəmləndirirlər

Bayden terrorçuluğa qarşı mübarizədə Pakistan hökumətinə etimad göstərdiyini bildirib

ABŞ vitse-prezidenti Co Baydenin sözlərinə görə ABŞ və Pakistan ekstremist ideologiyalara qarşı əməkdaşlıqlarını möhkəmləndirirlər və bu münasibətlər ümumi maraqlara əsaslanır. Bayden şərhlərini bu gün İslamabadda Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Yusif Raza Gilani ilə danışıqların ardınca açıqlayıb. O, eyni zamanda Pakistanın baş ordu generalı Aşfaq Kayani ilə də görüş keçirib. Baş nazir Gilani ilə keçirdiyi mətbuat konfransında Bayden Pakistan liderləri ilə ikitərəfli və regional məsələləri müzakirə etdiyini, və Əfqanıstanda vəziyyəti nəzərdən keçirdiyini deyib. Bayden deyib ki, əl-Qaidə terrorçuları Pakistan və Birləşmiş Ştatlar üçün təhlükədir. O, eyni zamanda terrorçuluğa qarşı mübarizədə Pakistan hökumətinə etimad göstərdiyini də bildirib.

XS
SM
MD
LG