Accessibility links

ABŞ və Rusiyanın müdafiə nazirləri görüşür


Robert Geyts və Anatoli Serdyukov raketdən müdafiə və qlobal təhlükəsizlik kimi bir sıra mövzular ətrafında müzakirə aparacaq

ABŞ müdafiə naziri Robert Geytsin danışıqlar aparmaq üçün Pentaqonda rusiyalı həmkarını qəbul edəcəyi gözlənilir. Geyts və Rusiya müdafiə naziri Anatoli Serdyukov raketdən müdafiə, nüvə silahlarına nəzarət və qlobal təhlükəsizlik məsələləri daxil olmaqla bir sıra mövzular ətrafında müzakirə aparacaq. Nazirlərin habelə müdafiə əməkdaşlığı barədə iki sənəd imzalayacağı gözlənilir. Görüşdən öncə cənab Geyts Rusiyanın İnterfaks xəbər agentliyinə bildirib ki, Moskvanın yeni razılığa əsasən nüvə arsenalını yeniləmək səyləri ABŞ-a heç bir hədə törətmir. Geytsin sözlərinə görə, sazişin şərtlərinə əsasən aparılan müasirləşdirmə proqramı tamamilə qanunidir və ABŞ da oxşar addımlar atacaq.

XS
SM
MD
LG