Accessibility links

Vyetnamın müdafiə naziri Pung Quang Tanh o ölkədə səfərdə olan ABŞ müdafiə naziri Leon Panettaya yeni 3 yerin əsgər qalıqlarının qazıntıları və araşdırmaları üçün açılacağını bildirib. Nazirlər Vyetnam müharibəzi vaxtı yazılan məktublar və gündəliklərin mübadiləsini edib.

ABŞ-ın müdafiə naziri Leon Panetta dünən Amerikanın Vyetnam müharibəsi zamanı istifadə etdiyi bazanı ziyarət edib. O, 1975-ci ildən bəri Kam Ran hərbi dəniz donanması bazasına səfər dən ilk rəsmi nümayəndədir.

Nazir dünən Sinqapurda keçirilən Asiya təhlükəsizlik konfransında nitqlə çıxış edib, Vaşinqtonun regionda hərbi qüvvələrinin sayı və hərbi təchizatının artırılması planını açıqlayıb. 30 ölkənin müdafiə nazirlərinin bir araya gəldiyi görüşdə Panetta deyib ki, gələn bir necə il ərzində ABŞ hərbi gəmilərinin çox hissəsini Asiya-Sakit okeanı regionuna yerləşdirəcək. Nazir prosesin 2020-ci ildə başa çatdırılacağını bəyan edib.

ABŞ-ın müdafiə naziri Leon Panettanın Asiya-Sakit okeanı hövzəsi ölkələrinə 9 günlük səfərinin son dayanacağı Hindistandır.

XS
SM
MD
LG