Accessibility links

ABŞ vitse-prezidenti Co Bayden Çinin cənubuna səfər edir

  • Amerikanın səsi

ABŞ vitse-prezidenti Co Bayden Çinin cənubuna səfər edir

ABŞ vitse-prezidenti Co Bayden Çinin cənubuna səfər edir

Yüksək səviyyəli görüşlərin ardınca ABŞ vitse-prezidenti Co Bayden cənub-qərbi Çin şəhəri olan Çenqduya səfər edir.

Bayden Siçuan vilayətində istehsalat mərkəzinə gəlib. Burada onu nəvəsi və yeni ABŞ səfiri Qəri Lok müşayiət edirlər.

ABŞ vitse prezidentinin Siçuan Universitetində tələbələr qarşısında çıxış edəcəyi gözlənilir. O, habelə təqribən 87 min adamın öldüyü 2008-ci il zəlzələsinin baş verdiyi məkana getməyi planlaşdırır.

Bu ilin əvvəlində Çin prezidenti Hu Cintao ABŞ-a səfər etmişdi.

XS
SM
MD
LG