Accessibility links

ABŞ-da mürəkkəb üz transplantasiyası əməliyyatı aparılıb


ABŞ vətəndaşının üzərində bir çox cərrahın çətin üz transplatasiyası hesab etdiyi əməliyyat aparılıb.

Baltimorda yerləşən Merilend Universitetinin Tibb Mərkəzində 15 il əvvəl güllə zədəsi almış 37 yaşlı Riçard Norrisə üz transplantsiya əməliyyatı olunmuşdur. 36 saat sürən əməliyyatda 100-dən çox cərrah və tibb bacısı iştirak etmişdir.

Norrisə transplantasiya edilmiş üz anonim donordan köçürülüb. Eyni donordan götürülmüş ürək, ağ ciyər, ciyər və böyrəklər başqa beş nəfər insanın həyatını xilas etmək üçün onlara köçürülüb.

Əməliyyat ABŞ silahlı qüvvələrinin maliyələşdirdiyi və on illər davam edən tədqiqatın nəticəsində keçirilib. Hərbi rəsmilər Əfqanıstan və İraq müharibələrində ağır yaralanmış veteranlara buna oxşar əməliyyatların edilə biləcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG