Accessibility links

Washington Post: ABŞ Yaxın Şərq sularında kommando bazası yaradacaq

  • Amerikanın səsi

Washington Post: ABŞ Yaxın Şərq sularında kommando bazası yaradacaq

Washington Post: ABŞ Yaxın Şərq sularında kommando bazası yaradacaq

Mediada dolaşan məlumatlara əsasən ABŞ silahlı qüvvələri İranla gərginliyin artıdğı bir məqamda Yaxın Şərq sularında kommando bazası quraşdırmağı planlaşdırır.

Washington Post qəzeti adı açıqlanamayn ABŞ Donanma sənədlərinə istinad edərək yazır ki, hərbçilər köhnəlmiş gəmini kommandolar üçün qərargah bazaya çevirəcəklər.

Donanma sözçüsü bu gəminin Yaxın Şərqin hansı bölgəsində yerləşdiriləcəyini açıqlamayıb. Sənədlərdən belə hasil olur ki, baza İran Körfəzində yerləşdirilə bilər. Belə ki, son günlərdə İslam Respublikası strateji neft nəqliyyatı üçün keçid məntəqəsi olan Hörmüz Boğazını bağlamaqla hədələyib.

Başqa Donanma rəsmiləri Post-a bildiriblər ki, Pentaqon gəmini bu ilin sonunadək regiona göndərməyə ümid bəsləyir.

Qəzetin yazdığına görə iri gəmini sürətli katerlər və SEAL kommandolarının istifadə etdiyi helikopterlər müşayiət edəcəklər.

XS
SM
MD
LG