Accessibility links

ABŞ 11 ölkəni İrana qarşı neft sanksiyalarına qoşulduğuna görə alqışlayıb

  • Amerikanın səsi

ABŞ 11 ölkənin İrandan neft alışını əhəmiyyətli dərəcədə azaltdığını və bu səbəbdən ABŞ-ın İranla neft ticarəti edən ölkələrə qarşı tətbiq etdiyi sanksiyaların onlara şamil edilməyəcəyini bildirib. Dünən açıqlanan bəyanatda dövlət katibi Hillari Klinton əsasən Avropa ölkələri daxil olmaqla İrandan neft itxal edən başqa ölkələrin də bu yolla getmələrini tövsiyə edib. O, Yaponiyanın əməkdaşlığını xüsusi qiymətləndirərək bildirib ki, Yaponiya böyük enerji problemləri yaşadığına baxmayaraq İrandan neft idxalını dayandırıb. Yaponiyanın baş kabinet katibi, Osmau Fujimura bu gün ölkəsinin bundan da artığını edəcəyini deyib. O, Yaponiya hökumətinin İrandan neft idxalını daha da azaldacağını deyib. Sanksiyalara tuş gəlməyəcək başqa ölkələr Belçika, Çex Respublikası, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya və Britaniyadır.

XS
SM
MD
LG