Accessibility links

Əfqanıstan ABŞ-la ikitərəfli danışıqları təxirə salıb


Əfqanıstan Birləşmiş Ştatların Talibanla danışıqlar təklifinə dair mübahisəyə görə ABŞ-la təhlükəsizlik barədə ikitərəfli danışıqları təxirə salıb.

Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, Birləşmiş Ştatların sülh prosesinə dair bəyanatı ilə hərəkətləri arasında ziddiyyətlər var.

Berlində Almaniya kansleri Angela Merkellə müxbirlərin suallarını cavablandıran prezident Barak Obama Əfqanıstan hökumətinin reaksiyasından təəccüblənmədiyini deyib. O əlavə edib ki, rəsmi Kabil ilə Taliban arasında hələ də müharibə olduğu üçün rəsmilər sülh prosesinin başlanğıcında bəzi məsələlərdə fikir ayrılıqları olacağını ehtimal edirdi.

ABŞ-ın Əfqanıstanla danışıqları Amerika və müttəfiqlərin təhülkəsizlik qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxarılması barədədir.

ABŞ nümayəndələri on ildən çoxdur Əfqanıstanda davam edən müharibəyə son qoymaq üçün Qatarın Doha şəhərində Taliban rəsmiləri ilə danışıqlara hazır olduqlarını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG