Accessibility links

Əfqanıstanda Taliban bir neçə hücum həyata keçirib


Əfqan rəsmiləri Əfqanıstanın qərbində Taliban yaraqlılarının hücumları nəticəsində 15 polis işçisinin həlak olduğunu deyib.

Fərah vilayətində yerli rəsmilər Talibanın son hücumunun Qəzni vilayətində gecə saatlarında olduğunu deyib. Rəsmilər hücum zamanı 10 polis zabitinin yaralandığını deyib.

Şahidlərdən biri təcavüzkarların partlayıcı qurğu ilə dolu maşını ABŞ və Polşa əsgərlərinin qulluq etdiyi bazanın divarı qarşısında partlatdığını deyib.

Partlayışın ardınca yaraqlıların atışmasına baxmayaraq onlar bazaya daxil ola bilməyib.

Hücum zamanı azı 63 nəfər yaralanıb. Hücumun məsuliyyətini Taliban üzərinə götürüb
Bir neçə saat sürən döyüşlər zamanı azı 10 yaraqlı öldürülüb.

Bir qədər əvvəl Ləşkər Qah şəhərində intiharçı partlayıcı qurğu ilə dolu avtomobili koalisiya qüvvələrinin karvanına yaxın yerdə partladıb. Partlayış zamanı 4 mülki vətəndaş həlak olub, 15 nəfər isə yaralanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG