Accessibility links

Azərbaycan problemlər astanasında [Təhlil]


Ötən həftə Azərbaycan Beynəlxalq Bankının Birləşmiş Ştatlarda 15-ci maddə kimi tanınan müflisləşmə üçün müraciət etməsi ölkənin nəhəng sınaqlar qarşısında olduğunu göstərir, Qlobal Risklərə Baxışlar vebsaytı yazır. Jeremy Luedinin məlumatına əsasən, portfoliosunun 80 faizini qaytarılmayan borclar təşkil etdiyi ABB xarici investorlara və təsisatlara yardım üçün üz tutub.

Eyni zamanda öz prioritetlərini restrukturlaşdırmaq istiqamətində addım atması Azərbaycanın bank sisteminə və ümumilikdə onun iqtisadiyyatına etimadı zəiflədir.

Neft qiymətlərinin ucuzlaşması maliyyə resursları neft hasilatına bağlı Azərbaycanı ciddi böhran qarşısında qoyub.

Beynəlxalq Bankın bəlalarını neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqələndirən Jeremy Luedi 2015-ci ildə manatın devalvasiyaya məruz qalmasının ardınca hökumətin bankı öz nəzarəti altına aldığını bildirir. “Hökumət bank portfoliosunun 80 faizinə nəzarət etdiyi üçün (2015-ci ildə bu rəqəm 51 faiz idi), bankın müflis olması həm də hökumətə olan etimada ciddi təsir göstərir.”

$908 milyon dollar borcu olan ABB Dublində qərargahlanan Rubrika Finance təsisatına olan 100 milyon dollarlıq borcuna ödənişi buraxıb. Maliyyə naziri Samir Şərifovun mayın 23-də Londonda beynəlxalq investorlarla görüşü nəticə verməsə, ABB 2019-cu ildə tam ödəniş vaxtı çatacaq $500 milyon dollarlıq Avrobond ödənişi üçün cəmi bir neçə həftəlik müddətlə üzləşəcək. 2017-ci il, 26 oktyabrda isə Azərbaycan əlavə $185 milyon dollar borc ödəməlidir.

Manatın kəskin devalvasiyası ölkənin zəifləyən maliyyə durumunun göstəricisi kimi qiymətləndirilir.
Manatın kəskin devalvasiyası ölkənin zəifləyən maliyyə durumunun göstəricisi kimi qiymətləndirilir.

Azərbaycan maliyyə sisteminin ciddi problemlərlə üzləşdiyini xəbər verən sayt ölkənin pul siyasətinin dağınıq addımlarla müşayiət olunduğunu bildirir. 2016-cı il ərzində 42 lenderdən 10-nun lisenziyası ləğv edilib ki, bu da qeyri-stabilliyin artmasına işarə edir.

Fitch maliyyə təsisatının eksperti Dmitriy Vasilev artıq maliyyə ekspertlərinin ABB-yə “iflasa uğramış” bank kimi baxdıqlarını deyir. Bankı iflasdan qorumaq üçün Azərbaycan hökumətinin $5.8 milyard dollarlıq pul transferi isə ölkənin büdcəsində 8.4 faiz həcmində kəsir yaradıb.

Azəri-Çıraq-Günəşli yataqlarında istismar olunan neft sayəsində Azərbaycanın ümumdaxili məhsulunun Sovet İttifaqı dağıldıqdan bəri 20 dəfə artıdğını vurğulayan təhlilçilər hazırda hasilatın azaldığını xəbər verir. Vəziyyət elə həddə çatıb ki, 2016-cı ildən başlayaraq Azərbacyan enerjini idxal etmək məcburiyyətində qalıb. “Ölkənin iqtisadiyyatı, o cümlədən Əliyev sülaləsinin hakimiyyəti enerji hasilatından qaynaqlanan maliyyə vəsaitinə əsaslanır,” sayt yazır.

Azərbaycan hökuməti hazırda ümidlərini Cənub Qaz Dəhlizinə dikib ki, layihə reallaşarsa, Azərbaycan Avropanın qaz təchizatının 10 faizlik payına sahib ola bilər. 2025-ci ilədək illik 40 milyard kub metr qaz ixrac etməyə can atan Azərbaycan infrastrusktur layihələrinə milyardlarlda dollar pul yatırıb.

SOCAR-ın neqativ perspektivi ümumilikdə Azərbaycan iqtisadiyyatının neqativ perspektivini əks etdirir, sayt yazır.

Qaz ixracında Azərbaycan dövlət neft şirkəti SOCAR-ın başlıca rol oynaması nəzərdə tutulur. Digər tərəfdən SOCAR-ın özü ciddi maliyyə problemləri ilə üzləşir. Belə ki, $2 milyard dollarlıq borcla onun əsas kreditoru elə ABB-dir. Beləliklə hökumət həm ABB-də, həm də SOCAR-da pul itirir.

SOCAR-ın neqativ perspektivi ümumilikdə Azərbaycan iqtisadiyyatının neqativ perspektivini əks etdirir, sayt yazır. Azərbaycanın ÜDM-i son iki ildə kiçilməkdə davam edib.

SOCAR-ın adı Maltada baş qaldıran beynəlxalq korrupsiya skandalında hallanır.
SOCAR-ın adı Maltada baş qaldıran beynəlxalq korrupsiya skandalında hallanır.

Bundan əlavə, son aylarda baş qaldırmış Malta skandalı Azərbaycan hökumətinin reputasiyasına növbəti zərbə endirib. Sayt qeyd edir ki, prezident İlham Əliyevin qızı Leylanın yüksək rütbəli Malta rəsmilərinə, o cümlədən baş nazir Cozef Maskatın xanımına təqribən 1 milyon dollar həcmində pul transferi ciddi suallar doğurub. Həmin ödəniş 2013-cü ildə SOCAR-ın rəhbərlik etdiyi konsorsium vasitəsilə Maltanın 18 illik qaz təchizatı barədə anlaşma ilə əlaqələndirilir.

Skandal SOCAR, Əliyevlər ailəsi və bu əlaqənin Azərbaycanın iri ambisiylarına törətdiyi təhlükəni işıqlandırır. Bir tərəfdən Cənub Qaz Dəhlizi Avropanın Rusiyadan asılılığını azaltmaq məqdsədi güdür. Digər tərəfdən Avropanın biznes etməkdə maraqlı olmadığı korrupsioner Rusiyanın bədnam cəhətləri Azərbaycanda özünü büruzə verir, deyə təhlilçilər qarşıdan gələn problemlər barədə xəbərdarlıq edir.

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədi ilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

“Wall Street Journal” qəzeti xəbər verir ki, neftin qiymətinin kəskin enməsindən və valyuta məzənnələrinin dəyişməsindən ziyan çəkən Azərbaycan bankı Amerika məhkəməsində müdafiə olunmaq istəyir.

Məhkəmə uyğun görərsə, bank ABŞ qanunvericiliyində nəzərdə tutulan müdafiə tədbirlərindən yararlana bilər. Bu tədbirlər kreditorların məhkəmə iddialarının dayandırılmasına və digər iradlarının qarşısının alınmasına imkan verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG