Accessibility links

Güneyli fəal Abbas Lisani bu gün Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfinfən nəzarətə alınıb.

Amerikanin Səsinin əldə etdiyi məlumata əsasən, o, evindən iş yerinə gedərkən saxlanılıb. Güneyli fəalın saxlanmasının səbəbinin onun haqda çıxarılmış bir illik həbs cəzası ilə əlaqədar olduğu söylənilir.

O, Urmiyə gölü ilə bağlı keçirilən kütləvi etirazlarda iştirakı ilə əlaqədar olaraq həbs cəzasına məhkum edilib.

Ərdəbil məhkəməsi Abbas Lisanini 2011-ci ildə Urmiyə Gölü ilə bağlı bir layihənin İran Parlamenti tərəfindən rədd edilməsindən sonra Ərdəbil vilayətində əhalini şəhər meydanlarında etiraz aksiyası təşkil etməyə çağıran “separatçı qrupların əsas ünsürü” kimi təqdim edib.

Abbas Lisani bundan əvvəl də İranın müxtəlif məhkəmələri tərəfindən həbs cəzası alaraq, dəfələrlə Ərdəbil, Təbriz, Yəzd və Əhər kimi şəhərlərin Ettelaat həbsxanaları və mərkəzi zindanlarında saxlanıb.

Amnesty International həmin illər onu vicdan məhbusu adlandırıb.

XS
SM
MD
LG