Accessibility links

Abbas Lisaninin bacısı oğlu da tutulub


Abbas Lisaninin bacısı oğlu da tutulub
Abbas Lisaninin bacısı oğlu da tutulub

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Təbrizin Səhənd Universitetinin tələbəsi Mehdi Məhəmmədpuru sentyabrın 13-də şəhərdə tutub bilinməz istiqamətə aparıblar.

Urmiyə gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən aksiyalara görə daha bir azərbaycanlının tutulduğu bəlli olub.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Təbrizin Səhənd Universitetinin tələbəsi Mehdi Məhəmmədpuru sentyabrın 13-də şəhərdə tutub bilinməz istiqamətə aparıblar.

Mehdi Məhəmmədpur hazırda həbsdə saxlanan tanınmış ərdəbilli fəal Abbas Lisaninin bacısı oğludur. Abbas Lisanini ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları sentyabrın 9-da iş yerində tutub aparıblar. Abbas Lisani milli zəmində apardığı dinc mübarizəyə görə 2006-2008-ci illərdə həbsdə olub.

Urmiyə gölünün qurumasına hakimiyyət orqanlarının laqeyd münasibətinə etiraz olaraq sentyabrın 3-də İranın bir sıra şəhərlərində aksiyalar keçirilib.

XS
SM
MD
LG