Accessibility links

Azadlıq radiosunun fotoreportyoru İstanbulda yaralanıb


Abbas Atilay (Foto Yeni Müsavat qəzetinin reportyoru Fərahim İlqaroğlunundur)
Abbas Atilay (Foto Yeni Müsavat qəzetinin reportyoru Fərahim İlqaroğlunundur)

Abbas Atilayın qolu sınıb

“Azadlıq” radiosunun fotoreportyoru Abbas Atilay İstanbulda Taksim meydanında reportaj hazırlarkən yaralanıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, polislə toqquşma zamanı onun əli sınıb. Fotoreportyor klinikaya aparılıb, tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxşdir.

Abbas Atilay özü Facebook səhifəsində başına gələn barədə belə yazıb:

“Heç nə anlamadım, sadəcə bir göz qırpımında oldu. Əlimin üstündən dəydi, fotoaparatı tulladı kənara. Sonra gördüm əlim əndirəbadi görünür. Tibb bacıları ilkin müdaxilə etdi, dedilər təcili xəstəxanaya gedin,.sınıq var. Xəstəxanada gipsə saldılar. indi salamatçiliqdi”, o qeyd edib.
XS
SM
MD
LG