Accessibility links

Orta əsrlərin görkəmli musiqişünas alimi dünyaya gəldiyi Marağa şəhərində anılır

14-15-ci əsrlərdə yaşamış alim və islam dünyasının ən görkəmli musiqiçilərindən biri kimi tanınan Marağalı Əbdülqadirin xatirəsi dünyaya gəldiyi Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində anılır.

İran xəbər agentliklərinin yaydığı məlumata görə, İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının musiqi seminarı şəklində qeyd etdiyi anım mərasimi bu gün iyunun 10-da keçirilir.

ISNA xəbər agentliyi həmçinin seminarla birlikdə Marağa Elxanlı muzeyində musiqi alətləri sərgisinin təşkil ediləcəyini bildirib.

Musiqişünas kimi yaradıclıq dövrü türk-monqol dövlətləri olan Cəlayirlər və Teymurilərin saraylarında keçmiş və Osmanlı Sultanı İkinci Murad üçün musiqi bəstələri yazmış Marağalı Əbdülqadir 1436-cı ildə hazırkı Əfqanıstanın Herat şəhərində vəfat edib və həmin şəhərdə dəfn edilib.

İranın Mədəni İrs təşkilatına bağlı olan CHN xəbər agentliyi Marağalı Əbdülqadirin türk deyil iranlı olduğunu, lakinTürkiyə və Əfqanistanın beynəlxalq qurumlara müraciət edərək “Marağalının adını oğurlamaq” istədiklərini irəli sürüb.

13-cü əsrin alimi Urmiyəli Səfiəddin və Marağalı Əbdülqadir Azərbaycan tarixində musiqi üzrə kitablar yazmış ilk alimlərdən sayılırlar.
XS
SM
MD
LG