Accessibility links

Güneyli din xadimi: İranda şovinizm və İslamçılıq bir-birinə qarışıb [Audio]


Höccətül-İslam Əbdüləziz Əzimi Qədim İranda Azərbaycan türklərinin hüquqlarının müdafiəçisidir
Höccətül-İslam Əbdüləziz Əzimi Qədim İranda Azərbaycan türklərinin hüquqlarının müdafiəçisidir
“Biz Şərqi Azərbaycan vilayəti məsullarının Təbriz və Azərbaycan adına Ermənistanla əlaqə quraraq, işğalçılarla qol-boyun olmalarına etiraz etdik,” deyə İranda yeddi ay həbsə məhkum olunmuş Höccətül-İslam Əbdüləziz Əzimi Qədim söyləyir.

Azərbaycanlı din xadimi Şərqi Azərbaycan vilayəti və Ermənistan arasındakı əlaqələr, bu əlaqələrə etiraz olaraq Marağa şəhərində keçirilən aksiyalar, habelə bu etirazlara qatıldığı üçün özünün nəzarət altına alınıb həbs cəzasına məhkum edilməsi haqda Amerikanın Səsinə müsahibə verib.

Höccətül-İslam Əzimi Qədim: İranda şovinizm və islamçılıq bir-birinə qarışıb
please wait

No media source currently available

0:00 0:12:23 0:00

2012-ci il, 27 dekabrda İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan Respublikası arasındakı əlaqələrə etiraz olaraq Marağanın Müsəlla meydanında keçirilən nümayişə qatılan Əbdüləziz Əzimi Qədim və bir neçə başqa fəal, o cümlədən Davud Əzimzadə, Bəhmən Xaliqi və Məhəmməd Dilnəvaz həbs olunaraq Təbrizdəki Ettelaat həbsxanasına göndərilmişdilər. Cənab Əzimi Qədimin sözlərinə görə, Marağa askiyalarında etirazçılara qarşı güc tətbiq olunmayıb, ancaq polis onların çıxış etməsinə mane olub.

Şah dönəmində aryaçılar və şovinistlər İslamçılardan ayrı idi. Amma İran İslam Respublikasında bunlar bir-birlərinə qarışdı. Bir çoxları üzdə müsəlman, ancaq içdə aryaçıdır.
Cənab Əzimi Qədimin dediklərinə əsasən, piket İran və Ermənistan deyil, Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında genişlənən əlaqələrə etiraz olaraq təşkil edilib: “Biz İran və Ermənistan əlaqələrinə etiraz etmədik. O başqa bir məsələdir. Qarabağ qaçqınlarını heçə sayaraq Azərbaycan və Təbriz adına Ermənistanla əlaqə qurub, işğalçılarla qol-boyun olan Şərqi Azərbaycan məsullarına etiraz üçün öz qanuni haqqımızdan istifadə etdik,” deyə din xadimi vurğulayıb.

Təbrizin Ettelaat həbsxanasında 45 gün, Təbriz zindanında isə təqribən bir ay həbsdə saxlanılan Höccətül-İslam Əzimi Qədim Ettelaat həbsxanasında keçirdiyi müddətdə ailə üzvləri və vəkillə görüşmə haqqının təmin edilməməsini bildirib.

Din xadimi Təbrizin Özəl Ruhani Məhkəməsi tərəfindən ona qarşı irəli sürülən ittihamlar haqda danışmaq istəməyib: “Onların qeyd etdikləri ittihamlar sadəcə məhkəmə formalitələrini yerinə gətirmək üçündür və mən o formalitələri təkrar etmək istəmirəm. Mənim hansı səbəblər üzündən həbs hökmü aldığım bəllidir.”

Höccətül-İslam Əbdüləziz Əzimi Qədim
Höccətül-İslam Əbdüləziz Əzimi Qədim
Əzimi Qədim din xadimi olmasına baxmayaraq İran İslam Respublikasının basqılarına məruz qaldığının səbəblərini belə izah edib: “Şah dönəmində aryaçılar və şovinistlər İslamçılardan ayrı idi. Amma İran İslam Respublikasında bunlar bir-birlərinə qarışdı. Bir çoxları üzdə müsəlman, ancaq içdə aryaçıdır. Bunları bir-birindən tanımaq olmur. Onlar bununla Azərbaycan hərəkatını İslama qarşı bir cərəyan kimi təqdim etmək istəyirlər. Buna görə də bir din xadimini Azərbaycan hərəkatında görmək onlara ağır gəlir.”

O, aryaçı şovinizmi İslamçılıqdan ayırmağın zəruri olduğunu vurğulayıb.
“İranda Azərbaycan türklərinin məsələsi mədəni və siyasi bir məsələdir ki, mədəniyyət və siyasət orqanları onu həll etməyə çalışmalıdırlar. Ancaq İranda bu iş təhlükəsizlik orqanlarına həvalə edilib,” deyə, o, İranda Azərbaycan məsələsinin təhülkəsizlik qurumları əliylə həll edilməyəcəyini qeyd edib.

Höccətül-İslam Əzimi-Qədim keçmişdə də İranın təhlükəsizlik qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. Amnesty International 2005-2006 illərində onun haqqında üç bəyanat yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG