Accessibility links

Abdulla Gül: Hər halda xalqın istəyinə hörmətlə yanaşmaq lazımdır


Abdulla Gül: Hər halda xalqın istəyinə hörmətlə yanaşmaq lazımdır
Abdulla Gül: Hər halda xalqın istəyinə hörmətlə yanaşmaq lazımdır

Prezident Gül deyib ki, bu gün insanlar hər şey haqda ətraflı məlumata malikdirlər. Bizim hamımız bölgə ölkələrinin başçıları olaraq öz ölkələrimizdəki reallıqlara fikir verməli, onu yenidən dəyərləndirməliyik.

Tehranda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül fevralın 14-də jurnalistlərə açıqlamasında bölgədəki siyasi dəyişikliklərdən danışıb.

“Media forum” saytı bildirir ki, prezident Gül bir jurnalistin ona verdiyi, Orta Şərq bölgəsindəki (Tunis və Misir) son hadisələrlə bağlı sualı belə cavablandırıb: “Mən hesab edirəm ki, bölgədə baş verən hadisələr gözlənilməz deyildi. Müasir dünyada kommunikasiya və informasiya texnologiyaları o qədər inkişaf edib ki, artıq heç nəyi xalqın gözündən gizli saxlamaq mümkün deyil. Bu gün insanlar hər şey haqda ətraflı məlumata malikdirlər.

Bizim hamımız bölgə ölkələrinin başçıları olaraq öz ölkələrimizdəki reallıqlara fikir verməli, onu yenidən dəyərləndirməliyik. Biz öz xalqlarımızın tələblərinə önəm verməli, xalqın tələbinə uyğun iqtisadi və siyasi islahatlara getməliyik. Ölkə rəhbərləri öz xalqlarının tələblərini ödəməsələr, millətlər öz hüquqlarını gerçəkləşdirmək üçün özləri birbaşa meydana girəcəklər. Hər halda xalqın istəyinə hörmətlə yanaşmaq lazımdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG