Accessibility links

Abdulla Öcalan: "4-5 aya sülh əldə oluna bilər"


Kurdish Delegation to Ocalan

Kurdish Delegation to Ocalan

Türkiyədə fəaliyyətinə qadağa qoyulmuş Kürdüstan Fəhlə Partiyası – PKK-nın həbsdə olan liderinin sözlərinə görə, əgər Türkiyə kürdlərin hüquqlarını təmin etsə, Ankara ilə sülh qarşıdakı bir neçə ay ərzində əldə oluna bilər.

Bu gün açıqlanan bəyanatda Abdulla Öcalan deyib ki, 40 mindən çox insanın ölümünə səbəb olmuş və Türkiyəcənub-şərqində öz dövlətinin qurulmasını tələb edən 30 illik üsyançı kürd hərəkatına son qoya biləcək danışıqlar üçün çərçivə razılığı var.

İstanbul yaxınlığında ada həbsxanada Öcalanı ziyarət edən Kürdpərəst qanunvericilər daha sonra bu bəyanatı açıqlayıblar.

Onlar Öcalana istinad edərək bildirib ki, Türkiyə hökuməti və kürdlər “davamlı, məsuliyyətli və dəqiq konteksdə” danışıqlar aparır və məsələr əsas demokratik həllini 4-5 ay ərzində tapa bilər.

Öcalan dövlət rəsmiləri ilə danışıqlarının detallarını açıqlamayıb, ancaq deyib ki, danışıqlara dair çərçivə razılığı barədə əlavə məlumat qarşıdakı günlərdə açıqlanacaq.

XS
SM
MD
LG