Accessibility links

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Abdulla Abdullayev (Foto Bizimyol.info saytından götürülüb)

Abdulla Abdullayev (Foto Bizimyol.info saytından götürülüb)

Virtualaz.org saytının məlumatına görə, digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 3 il sınaq müddəti olmaqla 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.

Dövlət ittihamçısı Fərid Nağıyev məhkəmədən Abdulla Abdullayevin 14, Nadejda İlyasovanın 9, digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluöun məlumatında deyilir ki, istintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

Abdullayev ittihamları qəbul etmir və istintaqın qərəzli aprıldığını bildirib.

XS
SM
MD
LG