Accessibility links

Yaponiyanın baş naziri Vaşinqtondadır


Yüksək səviyyəli ABŞ administrasiya rəsmisinin bildirdiyinə görə, Ağ Evdə nahar yeməyi və Floridada qolf oyunu Yaponiyanın liderini Tramp administrasiyasının müttəfiqi ilə 100 faiz çiyin-çiyinə dayandığına əmin etməsi məqsədi daşıyır.

Baş nazir Şinzo Abe ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl Vaşinqton yaxınlığında yerləşən Andrews Birləşmiş Hərbi Hava Bazasına gəlib.

Abe prezident Trampla görüşən ikinci xarici liderdir.

ABŞ və Yaponiya birlikdə qlobal istehsalın 30 faizini təşkil edir.

Bu gün keçiriləcək Tramp-Abe görüşü ticarət də daxil olmaqla geniş sahələri əhatə edir.

Yaponiya rəsmisinin Amerikanın Səsinə verdiyi məlumata görə səfər zamanı Abeni ölçüsünün və sayının böyüklüyünə görə presidentsiz nümayəndə heyəti müşayiət edir.

İkinci Dünya Müharibəsindən sonra ABŞ və Yaponiya arasında qüdrətli siyasi-hərbi ittifaq formalaşıb.
İkinci Dünya Müharibəsindən sonra ABŞ və Yaponiya arasında qüdrətli siyasi-hərbi ittifaq formalaşıb.

Görüş əsnasında Abenin ABŞ infrastrukturuna yardım məqsədi ilə nəticədə 700 min yeni iş yeri yaradacaq 150 milyard dollar dəyərində, beş hissədən ibarət investisiya paketi barədə açıqlama verəcəyi gözlənilir.

ABŞ və Yaponiya birlikdə qlobal istehsalın 30 faizini təşkil edir.

XS
SM
MD
LG