Accessibility links

Abxazlar özlərini Rusiyanın müstəmləkəsində deyil, azad Abxaziyada hiss etdiklərini deyirlər


Abxazlar müstəqilliklərini saxlamaqda əzmlidirlər
please wait

No media source currently available

0:00 0:02:51 0:00
2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya 1992-93-cü illərdə Gürcüstandan ayrılmış Abxaziyanı müstəqil bir dövlət kimi tanıdı. O dövrdə Rusiya hava, su və yerdən müdafiə məqdəsi ilə Kosovo qədər həcmdə olan Abxaziyada yarım milyard dollara başa gələn baza qurdu.

Hərbi və diplomatik çətirini Qara Dənizin subtropik bölgəsi Abxaziya üzərində qurmasından 5 il sonra Rusiya özünü daha arxayın hiss edir. Orada insanlar rus dilində danışır, rus rublundan istifadə edir, rus pasportu gəzdirirlər. Orada Rusiyanın şimalına yalnız bir qatar işləyir, əvvəlcə Soçiyə, oradan da Moksvaya gedir. Bu il Rusiyadan Abxaziyaya iki milyon turist gəlib ki, bu da bölgədəki stabilliyə işarədir.

İzida Çaniya “Nujnaya Qazeta” qəzetinin redaktorudur. “Əsasən də yay mövsümündə buradakı otellərdə yer tapmaq olmur.”

Buradakı insanlar özlərini Rusiyanın müstəmləkəsində hiss etmədiklərini, azad Abxaziyada hiss etdiklərini deyirlər.

Beslan Baratelia Abxaz Dövlət Universitetində dərs deyir. “Burada insanlar Rusiyada və ya digər dövlətlərdə maaşın Abxaziyadakından çox olduğu barədə danışmır. Onlar müharibədən sağ çıxmalarından və torpaqlarının azad olmasından danışır.”

Müharibənin izləri hər yerdə görünür, Məsələn, Abxaziyanın müstəqilliyi uğrunda mübarizə aparan lider Vladislav Ardzinbanın şəklini əks etdirən plakat və bina. Həmin binadan sonuncu dəfə müharibə zamanı gürcü əsgərlər istifadə etmişdilər.

Gürcüstanda da dəyişikliklər olur. Ölkənin yeni baş naziri Bidzina İvanişvili Abxaziyanın havadarı Rusiya ilə münasibətləri düzəltməyə çalışır. İvanişvili Gürcüstanla Abxaziya arasındakı dəmir yol xəttini bərpa etmək istəyir. Separatçı regiona müsbət siqnallar göndərən İvanişvili hərbi paradları ləğv edib və Birləşmə Nazirliyini Barışıq Nazirliyinə çevirib.

Abxaziyanın xarici işlər nazir Vyaçeslav Çirikba daha ehtiyatlıdır. “Xoşbəxtlikdən biz bunu uzaqdan izləyirik. Bu bizim siyasi həyatımızın bir hissəsi deyil, çünki bu xarici ölkədir.”

Lakin nazir onu da əlavə edir kİ, il ərzində Abxaziya Gürcüstanla sərhədlərindəki keçid məntəqələrinin sayını birdən beşə artırmağı planlaşdırır. “Biz Gürcüstanın hər bir müsbət çağırışına cavab verməyə hazırıq. Abxaziya sülh çağırışlarını əlbəttə ki, xoş məramla qarşılayır. Biz Gürcüstanla ömürlük düşmən olmaq istəmirik.”

Artıq Gürcüstandan hərbi müdaxilə təhlükəsi yoxdur, abxazlar tədricən münasibətləri normallaşdırmaq yollarını arayırlar.
XS
SM
MD
LG