Accessibility links

Amerikalılar tərəfindən övladlığa götürülən oğlan Rusiyaya qayıdıb


Aleksandr Abnosov
Aleksandr Abnosov
Rusiyanın Kremllə əlaqəli televiziya kanalı amerikalı ailə tərəfindən övladlığa götürülmüş 18 yaşlı Aleksandr Abnosovun evdən qaçaraq Rusiyaya qayıtdığı barədə məlumat yayıb.

Dövlət telekanalı onun Çeboksarıda yaşayan 72 yaşlı nənəsinin yayına döndüyünü bildirib. 12 yaşında övladlığa götürülən Aleksandr alkoqolik atasının vəfatından sonra vətəninə qayıdıb. Nənəsi yaşlı olduğu səbəbdən nəvəsinin onun himayəsinə verilmədiyini deyib.
Abnosov Filadelfiya yaxınlığında yaşayan valideynləri ilə yola getmirmiş.

Komsomolskaya Pravda qəzeti ananın oğlunu evdən qovmadığını dediyinı yazır. Rusiya mətbuatı son zamanlar rus uşaqları övladlığa götürən amerikalıların qəddarlığından tez-tez xəbər yayır. Belə məlumatlar Rusiyanın dekabr ayında övladlıq qanununu ləğv etməsindən sonra yayılmağa başlayıb.

Rusiyanın bu qanunu Amerikanın insan hüquqlarını pozan Rusiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq edən qanun layihəsinə cavab mahiyyəti daşıyır.

Son 20 il ərzində Rusiyadan 60 min uşaq övladlığa götürülüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG