Accessibility links

Bu gün, iyulun 4-də Amerika Birləşmiş Ştatları müstəqilliyinin 240-cı ildönümünü qeyd edir. Bayram münasibətilə ölkə boyu pikniklər, paradlar və atəşfəşanlıqlar keçirilir.

Prezident Barak Obama isə hərbçi ailələri üçün Ağ Evdə barbekyu qonaqlığı verəcək. Mərasimdə habelə qonaqlar üçün Kendrik Lamarın konserti də təşkil olunub. Daha sonra isə onlar yaxınlıqda yerləşən National Mall parkında keçirəcək böyük atəşfəşanlığı izləyəcək.

4 iyul bayramında ənənəvi olaraq Arxiv binasının qarşısında İstiqlaliyyət Bəyannaməsi oxunur. Bəyannamə Konstitusiya ilə birgə binanın içində sərgilənir.

Bundan sonra isə Vaşinqtonun mərkəzi küçələrində minlərlə insanın iştirakə ilə parad keçirilir.

XS
SM
MD
LG