Accessibility links

Pentaqon rəhbəri əlavə qoşunların Əfqanıstandan çıxarıldığını təsdiqləyib


ABŞ Müdafiə Naziri Leon Panetta bu qüvvələrin öz vəzifələrini yerinə yetirdiklərini bildirib

İki il əvvəl Əfqanıstana göndərilən 33.000 nəfərlik ordunun sonuncu hissəsi ABŞ-a geri dönüb.

ABŞ Müdafiə Naziri Leon Panetta bu məlumatı bu gün təsdiq edib. Panetta Aklandda Yeni Zenlandiyanın müdafiə naziri ilə birgə mətbuat konfransı zamanı ABŞ silahlı qüvvələrini təqdir edərək Talibanın momentumunun qarşısının alınmasında əlavə qüvvələrin öz vəzifələrini yerinə yetirdiklərini və əfqan silahlı qüvvələrini təkmilləşdirdiyini bildirib.

ABŞ-ın Əfqanıstandakı qoşunları artıq əvvəlki sayına 68000 nəfərə bərabərdir. ABŞ rəsmiləri Əfqanıstandakı beynəlxalq tərəfdaşlara aid hərbi birləşmələrin 2014-cü ilə qədər geri çəkiləcəyini deyib.

Prezident Barak Obama 2009-cu ildə Əfqanıstana əlavə qoşunların yeridilməsini parlamentdən istəmişdi. Bu qoşunlar Taliblərin təcrid olunması və Əfqan qoşunlarına təhlükəsizliyə nəzarəti öz alması inkanı vermək üçün nəzərdə tutulmuşdu.

Əlavə qüvvələrin Əfqanıstandan çıxarılması ilə əfqan qüvvələri daxilində beynəlxalq birliklərə qarşı silahlı hücum hallarının eyni vaxta təsadüf etməsi hələ də narahatlıq doğuran amillərdəndir.

Pentagon rəhbəri Yeni Zenlandiyaya üç günlük Çin səfərindən sonra gəlib. O, Çində nadir hərbi dəniz bazasını ziyarət etməklə yanaşı, ona hərbi və sualtı gəmiyə girməyə icazə verilib.

Amerika Birləşmiş Ştatları Çinin hərbi və iqtisadi güc kimi meydana çıxdığı vaxt Asiya-Sakit okeanı bölgəsində öz nüfuzunu və maraqlarını bərpa etmək niyyətindədir.
XS
SM
MD
LG