Accessibility links

Los- Ancelesdə Azərbaycan və ABŞ bayraqlarının əks olunduğu poçt markası buraxılıb


Azərbaycan və ABŞ bayraqlarının əks olunduğu poçt markası
Azərbaycan və ABŞ bayraqlarının əks olunduğu poçt markası

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub

Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ABŞ-ın Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

AZƏRTAC-ın xəbərinə görə, markanı ABŞ-n Federal Poçt Xidməti təsdiq edib. Bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks olunub. Markanın üzərində həmçinin, «Azərbaycan–ABŞ. 25 illik dostluq. 1992-2017» sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktını qəbul edib. 1992-ci ildə Azərbaycanla ABŞ arasında diplomatik əlaqələr qurulub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG