Accessibility links

ABŞ prezidenti Barak Obama Masaçusets ştatının Marta’s Vineyardda illik tətilindən bazar günü evinə qayıdıb.

Associated Press xəbər agentliyinin məlumatına əsasən prezident iki həftəlik tətilinin çox hissəsini qolf kursunda, çimərlikdə və ailəsiyə restoranda şam yemeyində keçirib.

O, həmçinin Demokrat Vernon Cordanın təşkil etdiyi qonaqlığa qatılıb.

Cordanın keçən il təşkil etdiyi mərasimdə Obama öz rəqs məharətini nümayiş etmişdi.

Prezident tətildən döndükdən sonra onu Vaşinqtonda gərgin iş günü gözləyir.

Obama bazar ertəsi günü Las Veqasa Mandalay Bay kurort zonasında keçiriləcək Milli Təmiz Enerji Summitinə səfər edəcək.

XS
SM
MD
LG