Accessibility links

ABŞ-da gecə klubunda qanlı insidentdən 9 gün sonra ABŞ baş prokuroru Loretta Linç hadisənin baş verdiyi Florida ştatının Orlando şəhərinə səfər edib.

Linç şəhərin hadisə ilə sarsılan gey icmasına "Biz aydınlıqda sizinlə birlikdəyik" deyib. O, dünən prokurorlarla, olaya ilk müdaxilə edən təcili tibbi yardım heyəti və zərərçəkənlərlə görüşüb.

Hazırda iyunun 12-də Pulse klubunda 49 nəfərin həyatına son qoyan və onlarla insanın yaralanmasına səbəb olan Ömər Mətinə dair istintaq davam edir.

Xanım Linç deyib ki, təhqiqatla bağlı suala cavab verməyib. O, hətta hücumla bağlı kimlərimsə istintaqa cəlb olunub-olunmadığına da aydınlıq gətirməyib

XS
SM
MD
LG