Accessibility links

Barak Obama ilk ABŞ prezidenti kimi Birmadadır


Bazar ertəsi Çin hökuməti ABŞ prezidenti Barak Obamanın Birmaya səfərini şərh edərək, səfərin Şərqi Asiya bölgəsində “sülh, sabitlik və inkişafa” təkan verəcəyinə ümid etdiklərini bildirib.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunying bildirib ki, səfər ABŞ və Birma arasında ikitərəfli münasibətlərin bərpası baxımından əhəmiyyətlidir, lakin Çin bu tarixi hadisədən bütün bölgənin faydalanacağına ümid etdiyini deyib.

Cənab Obama fəaliyyəti çərçivəsində Birmanı ziyarət edən ilk ABŞ prezidentidir.

Prezident Birmanın Ranqun universitetində çıxış edib. Barak Obama Birma rəsmilərini demokratik islahatlara görə təqdir edib. O, Birmanı dünyəvi yolda irəlilədiyinə görə alqışlayıb.

ABŞ dövlət başçısı Amerikanın islahatlar yolunda Birmanın tərəfdaşı oldğunu bildirib. Lakin o hələ də bu ölkədə vicdan məhbusları olduğunu, yoxsulluğun çoxmillətli ölkədə hökm sürdüyünü deyib.

Müşahidəçilər Pekin hökumətinin ABŞ-ın Birma ilə əlaqə qurmasından Çin-Birma əlaqələrinə zərər verəcəyindən narahat olduqlarını bildirmişdilər.

Lakin Hua Çin hökumətinin Pekin-Birma münasibətlərindən tam əmin olduğunu bildirib.
XS
SM
MD
LG