Accessibility links

Danışıqlar Vaşinqton şəhərində aparılacaq

Birləşmiş Ştatlar və Çin hökumətləri insan haqları müzakirələrinin növbəti mərhələsini gələn həftə davam etdirəcəklər.

Cümə günü Birləşmiş Ştatların Dövlət Departamenti və Çin rəsmi mediası danışıqların iyul ayının 23 və 24-də Vaşınqtonda keçiriləcəyini bəyan ediblər.

ABŞ tərəfdən heyətə ABŞ Dövlət katibinin Demokratiya, İnsan haqları və Əmək məsələləri üzrə müavini Maykl Posner rəhbərlik edəcək. Çin heyətinə isə Xarici İşlər Nazirliyinin nümayəndəsi Çen Şu rəhbərlik edəcək.

Bu, danışıqların 17-ci mərhələsi olacaq. Sonuncu dəfə danışıqlar ötən ilin aprel ayında keçirilib.
XS
SM
MD
LG