Accessibility links

Prezident Donald Tramp ilə Çin prezidenti Şi Tsinpinq arasında ilk yüksək səviyyəli görüşdən bir həftədən az bir vaxt keçib. O zamandan bəri Çin dövlət televiziyasında görüşlə bağlı müsbət fikirlər səslənir və bu görüşün iki ölkə arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxaracağını vurğulanır.

Amma indi artıq Çin-ABŞ münasibətləri Tramp admnistrasiyası altında yeni sınaqdan keçəcək. Bu sınağın adı isə Şimali Koreyadır.

ABŞ Hərbi Dəniz Donanması Şimali Koreyanın yaxınlığındakı sularda, prezident Trampın dediyinə görə, təyarrə daşıyan gəmi və sualtı qayıqların da yer aldığı çox qüdrəlti armada yerləşdirəcək.

Eyni zamanda isə Pxenyanın BMT sanskiyalarını pozaraq, Şimali Koreyanın banisi, Kim Conq Unun babası Kim İl Sunqun ad günü münasibətilə növbəti nüvə sınağını həyata keçirəcəyi gözləniilir.

“Bu, diplomatiya, məkik diplomatiyası üçün böyük sınaqdır. Bu, Tramp və Şinin yaratdığı münasibətlər üçün bir sınaqdır”, deyə Beynəlxalq Strateji Araşdırma İnstitutunun Asiya-Sakit Okean regionuun təhlükəsizliyi üzrə baş elmi işçisi Aleks Nil bildirir.

Tramp-Şi arasında telefon danışığı

Ötən cümə axşamı və cümə günü Mar-a-Larqoda Trampla Şi arasında baş tutan danışıqlardan bir qədər əvvəl Şimali Koreya raket sınağı həyata keçirdi və beləliklə bu, iki dünya lideri arasında müzakirə olunan əsas məsələ oldu.

Bu həftənin çərşənbə günü isə Tramp və Şi Tsinpinq Şimali Koreya və Suriyanı müzakirə etmək üçün telefonda danışıb. Çinin xarici işlər naziri telefon danışığının Donald Trampın təşəbbüsü ilə həyata keçirildiyini deyib.

Çərşənbə günü səhər prezident Tramp Tvitterdə “Çin prezidenti ilə Şimali Koreya təhlükəsinə dair yaxşı söhbət”etdiyini yazıb.

Telefon söhbəti zamanı Şi Çinin Şimali Koreya məsələsində ABŞ-la əməkdaşlıq etmək istədiyini qeyd etsə də, vəziyyətin dinc bir şəkildə həll olunmasını istədiyi də vurğulayıb.

Nil isə deyir ki, gələcəkdə ən böyük problemlə elə Çin özü üzləşəcək.

“Bu, ABŞ-dan çox Çin üçün bir sınaqdır”, deyə o bildirib.

Prezident Tramp xəbərdarlıq edib ki, əgər Çin ona yardım etməsə, ABŞ təkbaşına hərəkət etməli olacaq. Tramp administrasiyası bütün variantların masa üzərində olduğunu bildirib və qeyd edib ki, Pxenyan ötən həftə Suriyada həyata keçirilən hava hücumlarını xəbərdarlıq olaraq görməlidir.​

Yeni sanksiyalar

Təhlilçilərin fikrincə, ABŞ və digərlərinin nüvə ambisiyalarından əl çəkməsi üçün Şimali Koreyaya təzyiq göstərmələrinin ən yaxşı yolu hələ ki, sanksiyalardır.

Sinqapurda yerləşən S.Rcaratnum Beynəlxalq Araşdırma Mərkəzinin baş tədqiqatçısı Oh Ei Sun deyir ki, o, ABŞ-ın daha güclü hərbi mövqe sərgiləyəcəyini gözləsə də, hərbi addım atmayacağını düşünür.

Oh deyir ki, qısa müddət ərzində Çin “aidiyyəti BMT sanksiyalarının tətbiqini intensivləşdirəcək.”

Birbaşa danışıqlar

Tramp Çini daha çox səy göstərməyə çağırdığı bir vaxt, Pxenyan da Vaşinqtona Şimali Koreya ilə danışıqlar aparmağına dair təzyiq göstərir.

Kim Conq Un

Kim Conq Un

Bu həftə Cənubi Koreyaya səfəri zamanı Çinin yüksək səviyyəti nüvə vasitəçisi Vu Davei Pekinin ABŞ-la Şimali Koreya arasında danışıqlar təşkil etməyə çalışdığını deyib.

Yonhap xəbər agentliynin verdiyi məlumata görə, Azadlıq partiyasından prezidentliyə namizəd Sim Sang-cunqla görüşü zamanı Vu Çinin hər zaman Şimali Koreya məsələsənin danışqlar yolu ilə həll olunmasına çalışdığını deyib. Amma danışıqları rədd edən tərəflər olub. Bunlardan biri Şimali Koreya, digəri isə Birləşmiş Ştatlardır.

Bəzi təhlilçilər bu məsələynin həllinin heç bir ilkin şərt olmadan aparılan danışqların olduğuna inanır. Amma Nil bunun mümkün olmadığını düşünür. O iddia edir ki, Şimali Koreyaya qarşı hələ daha da sərt sanksiyalar tətbiq oluna bilər.

Birləşmiş Ştatların sanksiyaları Şimali Koreya rejimində individual şəxsləri hədəf alsa da, hakim partiyanın digər üzvləri Çin və başqa yerlərdə istədikləri ilə biznes apara bilirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG