Accessibility links

ABŞ-da əlil uşağı qandallayan polisə qarşı iddia qaldırılıb [Video]


Yayılan videoda qandalın oğlanın biləyinə balaca olduğu üçün dirsəkdən yuxarı hissədən bağlandığını və oğlanın ağlayaraq əzab çəkdiyini görmək olur.

Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) Kentuki ştatında iki əlil məktəbliyə fiziki məhdudiyyət tətbiq edən polis zabitinə qarşı federal məhkəmə iddiası qaldırıb.

Birlik iki uşaq və onların analarının əvəzindən Kenton Qraflığının hüquq-mühafizə rəsmilərinə qarşı iddianı rəsmən iki gün öncə irəli sürüb. Qrup keçən il polis zabiti Keyvin Samnerin şagirdlərdən biri 8 yaşlı oğlanın qollarını qandalladığı göstərən videonu yayıb. Videoda qandalın oğlanın biləyinə balaca olduğu üçün dirsəkdən yuxarı hissədən bağlandığını və oğlanın ağlayaraq əzab çəkdiyini görmək olur.

Həmin oğlan və 9 yaşlı başqa bir şagird qız hiperaktiv davranışlardan və diqqət çatışmazlığından əziyyət çəkir.

İrəli sürülən ittihamda deyilir ki, Samnerin hərəkəti uşaqların konstitusional hüquqlarını pozmaqla yanaşı, ştat və federal qanunlara da zidd olub. Belə ki, bu qanunlar uşaqların zorla azadlıqlarının məhdudlaşdırılmasını qadağan edir.

Kenton Qraflığının polis rəisi Çarlz Konzenborn dünən Samneri müdafiə edən bəyanatla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG