Accessibility links

ABŞ-da silah gəzdirilməsi ilə bağlı qanuna yenidən baxılacaqmı? [Video]


Birləşmiş Ştatların Kaliforniya ştatında silah daşınmasına dair ən sərt qanunlardan biri tətbiq edilir ki, bəzi amerikalılar belə bir qanunun ölkənin gələcək qanunvericiliyində yaxşı nümunə olacağını düşünür. Lakin keçən həftə Kolorado ştatında baş verən kütləvi qırğından sonra bəziləri ABŞ konstitusuyasında silah gəzdirməklə bağlı qanunun məhdudlaşdırılacağından narahatlıq hissi keçirir.
ABŞ-da silahlara nəzarət
please wait

No media source currently available

0:00 0:03:05 0:00
Direct link


Birləşmiş Ştatların demək olar bir çox ştatında silah daşınmasına icazə verilir. Silahın ovçuluq və idman sahəsində, eləcə də özünümüdafiə məqsədi ilə saxlanması nəzərdə tutulur.

Bir sıra ştatlarda bəzi növ silah və sursat satışına məhdudiyyətlər qoyulur. Kaliforniyada yüksək kalibirli güllə daraqları və hərbi silahların satışına qadağa qoyulub. Silah almaq istəyən şəxs 10 gün gözləməlidir. Bu müddətdə hökumət həmin şəxsin keçmişdə cinayət törədib-törətmədiyi və ya psixoloji durumunun nə vəziyyətdə olduğunu yoxlamalıdır. Kaliforniyada tapançalar qeydiyyatdan keçir. 2014-cü ildən isə qediyyatdan daha iri silahlar keçəcək.

Los-Anceles polisinin müstəntiqi Riçard Tompkins digər ştatlarda bu məsələ ilə bağlı qanunların daha zəif olduğunu deyir. “Bizim ştatin sakinləri başqa ştatlardan silah alıb gətirirlər. Bəziləri özləri üçün, bəziləri isə satmaq üçün gətirir.”

Bəzi ştatlarda İnternet vasitəsilə silah və sursat alverinə məhdudiyyət qoyulmur. Kaliforniyada isə silahı yalnız lisenziyası olan şəxs sata bilər.
Silahlı Zorakılıqlara Qarşı Mübarizə üzrə Bredi Mərkəzindən Daniel Vays ştatlardakı müxtəlif qanunların çətinliklərə səbəb olduğunu deyir. “Kolarado ştatında baş verənlərə baxarkən, biz internetdə minlərlə güllə əldə edilə biləcəyini görürük. İnternet vasitəsi ilə hərbi geyim də almaq olar. Siz hətta Onlayn portalda heç bir sual soruşmadan sizə silah sata biləcək şəxsi də tapa bilərsiniz. Nəyə görə biz bütün bunların Amerikada baş verməsinə yol veririk?"

Sabiq həbiçi və silah kolleksiyaçısı Frank Şarp Amerikada silaha əsasən qanuna riayət edən vətəndaşların malik olduqlarını deyir. O, Kolarado ştatındakı kino-teatrda baş verənlərdən dəhşətə gəldiyini deyir. “Bu dəhşətli hadisədir. Amma mənim kimi adamları kriminala çevirmək həll yolu deyil. Zənnimcə həmin kinoteatrda qanuni silah gəzdirən başqa şəxs olsaydı, nəticə başqa cür olardı."

Bəziləri federal hökumətin silah saxlanmasına qadağa qoyacaq qanun qəbul etməsinin əleyhinədir. Onlar belə bir qanunun cinayətin qarşısını almayacağını deyir.
Digərləri isə silah satışına məhdudiyyətlərin cinayətləri azaldacağını düşünür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG