Accessibility links

Rəsmi Vaşinqton Ramiz Mehdiyevin ittihamlarını rədd etdi

Bir qədər əvvəl ABŞ Dövlət Departamentinin gündəlik brifinqi keçirilib. Brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Amerikanın Səsinin müxbiri Scott Stearns-ün Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Milli Şuraya səslərin 25 faizinin verilməsi” açıqlamasına dair sualına cavab verib:

Sual: “Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyir ki, ABŞ rəsmiləri onun hökumətinə deyiblər və ya təklif ediblər ki, müxalifətə 25 faiz səs qazanmağa icazə versinlər ki, səsvermə ədalətli görünsün. Bu, belədirmi?”

“Qətiyyən yox! Səfirliyimizin dediyi kimi, zənnimcə onlar açıqlama veriblər. Kim maraqlansa, bu açıqlamanı paylaşa bilərəm. Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dedikləri tamamilə saxtadır”.

Show comments

XS
SM
MD
LG