Accessibility links

Barak Obamanın ABŞ-ın Əfqanıstandakı qüvvələri ölkədəki yaraqlılara hücum etmək səlahiyyəti verməsindən sonra ilk dəfə ABŞ ordusu Əfqanistandakı Taliban qüvvələrinə qarşı hava hücumu həyata keçirib.

Pentaqonun mətbuat katibi Peter Kuk yeni sərəncəm çərçivəsində Əfqanıstanın cənubunda hava hücumu həyata keçirildiyini təsdiq edib. O, təfərrüata varmasa da, hücumların müəyyən olmuş hədəfləri vurğunu bildirib: "Hücumun məqsədi strateji təsirə nail olmaqdır."

Bu ay Obama ABŞ-ın hərbi mövcudiyyətini artıraraq Talibana qarşı hava hücumlarının həyata keçirilməsinə icazə vermişdi.

Bir neçə ay müzakirə olunduqdan sonra təsdiq edilən plan lazım olduğu təqdirdə Talibana qarşı hava hücumlarının arıtılması və Amerika hərbi qüvvələrinin Əfqan qüvvələri ilə tərəfdaşlığında daha geniş imkanların verilməsini nəzərdə tutur. Planda ABŞ-ın quru qüvvələrinin əməliyyatlara cəlb olunması nəzərdə tutulmayıb.

Bu qərarla beynəlxalq qüvvələrin missiyanı başa çatdıraraq, Talibana qarşı mübarizəni əfqan qüvvələrinə həvalə etdiyi bir ildən çox müddət ərzində ABŞ hərbi qüvvələrinin Əfqanıstanda rolu yenidən müəyyən edilir.

Qərar eyni zamanda, ABŞ-ın Əfqanıstanda 9800 nəfərdən ibarət əsgəri qüvvəsinin sayının 5500-ə endirilməsindən altı ay öncə qəbul edilib. Prezident Obama hərbi qüvvələrin sayının 2017-ci ilədək azaldılmasına çağırıb.

XS
SM
MD
LG