Accessibility links

Milyonlarla amerikalı erkən səs verir [Video]


ABŞ-ın 37 ştatında erkən səsvermə keçirilir və beləliklə milyonlarla amerikalı noyabrın 8-də keçiriləcək seçki günündən öncə istədiyi namizədə indidən səs verir. Seçkidə mühüm rol oynayacaq Şimali Karolina ştatında seçicilər ziddiyətli seçki kampaniyasını göz ardı edib, onlar üçün vacib olan məsələrə səs verirlər.

Şimali Karolinalı seçici Skot Herrik bu ilki prezident seçkilərində səs vermək niyyətində idi, amma o deyir ki, qərarını verməsinə səbəb olan ətraf mühit məsələləri olub.

Tramp elə danışır ki, sanki hər kəsi Birləşmiş Ştatlardan uzaq tutacaq. Xeyr. Buradakı insanların əksəriyyəti mühacirdir. Əlbəttə ki, pis insanlar Birləşmiş Ştatlara buraxılmamalıdır, amma bura gələn insanlar arasında yaxşıları da var.

“Mən inanıram ki, iqlim dəyişikliyi bir amildir və fikrimcə, Hillari Klinton bu məsələ ilə bağlı mənimlə eyni fikrə sahibdir. Mən bu il ənənəvi Respublikaçı və Demokrat arasında bir seçki olduğunu düşünmürəm. Məncə bu Demokrat və totalitar birisi arasında bir seçimdir.”

Respublikaçı Lyuis Hatçinson Donald Trampa səs verib. O, Amerikada istehsalata sahəsindəki iş yerlərinin itirilməsindən narahatdır və daha sərt immiqrasiya tədbirlərinin görülməsini istəyir.

“Trampın sərhədləri müsəlmanların üzünə bağlamaq ideyası xoşuma gəlir. Mən “müsəlmanları Amerikaya buraxmayın” demirəm. Mənim dediyim odur ki, onların ölkəyə qanuni olaraq gəlmələrini təmin etmək lazımdır.”

Seçici Silviya Riçardson Birləşmiş Ştatlara Afrikadan köçüb. O, Trampın immiqrasiya siyasəti ilə razılaşmır.

“Tramp elə danışır ki, sanki hər kəsi Birləşmiş Ştatlardan uzaq tutacaq. Xeyr. Buradakı insanların əksəriyyəti mühacirdir. Əlbəttə ki, pis insanlar Birləşmiş Ştatlara buraxılmamalıdır, amma bura gələn insanlar arasında yaxşıları da var.”

Universitet tələbəsi Matti Heyn ilk dəfə səsvermədə iştirak edib. O deyir ki, qadın haqları və təhsil onun üçün vacib olan əsas məsələlərdəndir.

Hillari Klinton və Donald Tramp

Hillari Klinton və Donald Tramp

“Gələcəkdə baş verəcəkləri uşaqlar müəyyənləşdirir. Əgər onların təməli sağlam deyilsə, böyümələri də çətinləşir.”

Geba MakDaniel üçün də təhsil mühüm məsələdir. O, oğlu Malikin demokratiyanın işlədiyini görməsini istəyir.

“Mənim üç övladım var. Malikin 14 yaşı var və istəyirəm o görsün ki, sadəcə səs vermək lazımdır.”

Malik 18 yaşınadək səs verə bilməz, amma onun anası ümid edir ki, demokratik prosesdə iştirak etmək onun haqqıdır.

XS
SM
MD
LG