Accessibility links

ABŞ-ın hava limanlarında təhlükəsizlik gücləndirilir


ABŞ-ın Daxili təhlükəsizlik naziri Jeh Johnson.

ABŞ-ın Daxili təhlükəsizlik naziri Jeh Johnson.

ABŞ hökuməti Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasından sonra ölkəyə gələn uçuşlarda təhlükəsizliyi gücləndirir. Bununla xüsusilə təyyarənin bortuna gətirilən əşyaların daha ciddi yoxlanması nəzərdə tutulur. Bununla bağlı ABŞ-ın Daxili təhlükəsizlik naziri Cey Conson açıqlama verib.

O deyib ki, Daxili təhlükəsizlik nazirliyi Nəqliyyat nazirliyi ilə birlikdə müvəqqəti olaraq bəzi regionlardan ABŞ-a gələn sərnişin təyyarələrində təhlükəsizliyin artırılmasına dair ehtiyat tədbirləri görülməsi qərarına gəlib.

Daxili təhlükəsizlik naziri görüləcək tədbirlərin detalları ilə bağlı açıqlama verməyib, lakin o əlavə edib ki, vəziyyət nəzərdən keçiriləndən sonra əlavə ölçülərə ehtiyacın olub-olmaması haqda qərar veriləcək.

XS
SM
MD
LG