Accessibility links

ABŞ hərbi hava qüvvələrində döyüşçü pilot çatışmazlığı [Video]


Ötən ay İraq ordusu Mosulun azad olunması əməliyyatına başlayanda İslam Dövləti qrupunun hədəflərinə ilk zərbələri Amerikanın F-22 Raptor qırıcı təyyarələri endirdi. Lakin amerikalı pilotların xaricdə missiyalar həyata keçirməkdə davam etdiyi bir vaxt, ölkə daxilində böhran yaranır. Hava Qüvvələrinin yüksək rütbəli generalları deyir ki, əgər nəzarətsiz buraxılsa bu böhrab gələn il Hava Qüvvələrinin cəbhə xəttindəki imkanlarının azalmasına səbəb ola bilər.

ABŞ Hava Qüvvələrinin F-22 Raptor təyyarələri

ABŞ Hava Qüvvələrinin F-22 Raptor təyyarələri

Dünya boyu hərbi hava qüvvələrinə ehtiyac və tələb dəfələrlə ABŞ hərbi hava qüvvələrinin döyüşçü pilotları tərəfindən qarşılanıb. Artıq uçan superkompyuterlərə çevrilən yüksək texnologiyalı təyyarələri idarə edən hər bir pilota milyonlarla dollar pul sərf olunur və onlara illərlə davam edən təlimər keçirilir.

F-22 Raptor kimi döyüş təyyarələrini idarə edən çox sayda döyüşçü pilotun olduğunu düşünmək olar, amma bu, əslində belə deyil. ABŞ hərbi hava qüvvələrində 3 min 500 yüz hərbi pilotun yer almasına icazə olsa da, hazırda 725 pilot çatışmır.

General mayor Skot Vander Hamm və general leytenant Con Kuper pilotlar və texniki heyətin idarə edilməsinə görə məsuliyyət daşıyır.

Bəziləri deyir ki, nəyə gəldi pul xərcləmək olmaz. Amma məncə olar. Məsələn əgər desələr ki, pilotların bonusu 500 min dollardır və birdəfəlik ödənir, qarantiya verirəm ki, pilot çatışmazlığı problemi həll olacaq.

“Döyüşçü komandirlərin tələblərini qarşılamaq üçün kifayət qədər eskadronumuz yoxdur”.

Ən son azalma 2010-cu ildə ABŞ İraqı tərk edəndə və Əfqanıstanından çıxmağa hazırlaşdığı vaxt yaranan büdcə kəsiri nəticəsində baş verdi.

“Bizim planımızda İŞİD yox idi. Biz evə dönməyi planlaşdırırdıq.”

Langley-Eustis Hava Qüvvələrinin Birgə bazasındakı pilotlar deyir ki, cəbhə bölgəsinə daha tez-tez və üzun müddətə göndərilmək onlar arasında əhval-ruhiyyənin pozulmasına səbəb olub.

“Biz 45 günlük rotasiyada idik. Sonra rotasiyanı 90 günlük etdilər. Sonra isə 120 gün. İndi rotasiyalar 6 aylıqdır, üst sıralarda isə hətta bir il.

Hərbi hava qüvvələri bu büdcə ilində iki il əvvəllə müqayisədə 135 daha çox pilota təlim keçir. Amma müqavilələri 2016-cı ildə bitən pilotların təkcə 40 faizi müqavilələrini yeniləyib.

Döyüşçü pilotların çatışmazlığı problemi daha sabit iş qrafiki və daha yaxşı maaş təmin edən kommersiya hava yolları şirkətlərinin daha çox pilotu işə cəlb etməyə başladığı bir vaxt yaranıb..

Döyüşçü pilot eskadronlarının sayı 1989-cu ildəb bəri 134-dən 55-ə enib.

Döyüşçü pilot eskadronlarının sayı 1989-cu ildəb bəri 134-dən 55-ə enib.

Keşmiş döyüşçü pilor Tom Hanter hərbi hava qüvvələrindən 2013-ci ildə ayrılıb və indi Vaşinqtonda vəkil kimi daha çox pul qazanır.

“Bəziləri deyir ki, nəyə gəldi pul xərcləmək olmaz. Amma məncə olar. Məsələn əgər desələr ki, pilotların bonusu 500 min dollardır və birdəfəlik ödənir, qarantiya verirəm ki, pilot çatışmazlığı problemi həll olacaq.”

Hərbi hava qüvvələri bonusu ildə 48 minə artırmaq üçün Konqresə müraciət edib. Bu, 1999-cu ildən bəri ilk artımıdır. Pentaqon ümid edir ki, bu, Hərbi hava qüvvələrinin sürətlə gedən əməliyyatlarını davam etdirmək üçün təcrübəli pilotları saxlamaq və yeni işə alınan pilotların təlimi üçün yetərli olacaq.

Hələki generallar xaricdə cəbhə bölgələrində lazım olan uşçuşları həyata keçirə bildiklərini deyir, ancaq əgər döyüşçü pilot böhranı dərinləşsə bu imkanı da tezliklə itrəcəklər.

“Biz indi bu məsələyə baxırıq. Gələn il ərzində cəbhə bölgəsində eskadronlarda vəziyyətin pisləşə biləcəyi mümkündür.”

Bu isə deməkdir ki, hərbi hava qüvvələri pilotları bölgələrdə sürətlə yerləşdirə bilməyəcək. Bu isə münaqişə yerlərində itkilərin sayının artasına gətirib çıxara bilər. Hərbi hava qüvvələri döyüşçü pilotların sayını artırmaq üçün əlindən gələni etsə də, vəziyyətdən çıxış yolunun tapılması on illər ala bilər.

Show comments

XS
SM
MD
LG