Accessibility links

ABŞ: Azərbaycan hökumətini Xədicə İsmayılovanı azad etməyə çağırırıq


Amerika Dövlət Departamenti (loqo)
Amerika Dövlət Departamenti (loqo)

Dövlət Departamenti Xədicə İsmayıl barəsində çıxarılan məhkəmə hökmünə dair bəyanat yayıb

ABŞ Dövlət Departamenti Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın 7.5 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib. Dövlət Departamentindən Amerikanın Səsinə göndərilən bəyanatda deyilir ki, ABŞ məhkəmənin Xədicə İsmayılova ilə bağlı bugünkü qərarından dərin təəssüf hissi keçirir.

"Biz şahid ifadələri və başqa başlıca dəlillərin çatışmazlığı daxil olmaqla istintaq və məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlardan daha da narahat olmuşuq. Bu, Azərbaycanda mətbuat azadlığının qarşısının alınmasını və insan haqlarının məhdudlaşdırılmasına dair başqa bir misaldır. Azərbaycanın prezidenti İlham Əliyev özü bu yaxınlarda bildirib ki, kütləvi medianın azadlığı demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Biz Azərbaycan hökumətini xanım İsmayılova və fundamental azadlıqlarını icra etdiklərinə görə həbs edilən başqalarını azad etməyə çağırırıq.
ABŞ Dövlət Departamenti

Biz Azərbaycan hökumətini xanım İsmayılova və fundamental azadlıqlarını icra etdiklərinə görə həbs edilən başqalarını azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik".

Gündəlik mətbuat brifinqində Amerikanın Səsinin Dövlət Departamentindəki müxbirinin sualına cavab olaraq sözçü Mark Toner ABŞ hökumətinin məhkəmə hökmü ilə bağlı narazılığını Azərbaycan hökumətinə çatdırdığını təsdiq edib.

ABŞ Senatının Avropada Təhlükəsizlik və Əməkdaşlıq – Helsinki Komissiyası da məhkəmənin Xədicə İsmayılovaya çıxardığı hökmə müsanibət bildirib. Komissiyanın sədri senator Kris Smit və həmsədri senator Rocer Vikerin adından yayılan bəyanatda deyilir:

Azərbaycan hökumətində korrupsiya hallarını ifşa etdiyinə görə Xədicənin azadlığı oğurlanıb.
ABŞ Helsinki Komissiyası

“Biz bu gün xanım İsmayılovanın məhkum edilməsi və ona azadlıqdan məhrum edilmə hökmü çıxarılmasından ciddi narahatlıq hissi keçiririk. Azərbaycan hökumətində korrupsiya hallarını ifşa etdiyinə görə onun azadlığı oğurlanıb. Onun keçən ilin dekabrında saxlanılması və daha sonra Azadlıq Radiosunun Bakı bürosunun bağlanması media azadlığına birbaşa hücum idi. Bu addımlar Azərbaycanın ATƏT qarşısındakı öhdəlikləri də daxil olmaqla, bir çox beynəlxalq öhdəliklərinə və öz qanunlarına birbaşa ziddir. Biz Azərbaycan hökumətini xanım İsmayılovanı və digər vicdan məhbuslarını dərhal azad etməyə çağırırıq”.

Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayıla hökm oxunub. Hökmə əsasən, X. İsmayıl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

ABŞ-la yanaşı, məhkəmənin bu qərarını Böyük Britaniya hökuməti və bir çox beynəlxalq təşkilat sərt tənqid edib. Onlar İlham Əliyev hökumətini Xədicə İsmayılı dərhal azadlığa buraxmağa çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG