Accessibility links

İllinoys Baş Assambleyasına müsəlman namizəd [Video]


İllinoys Baş Assambleyasına müsəlman namizəd
please wait

No media source currently available

0:00 0:02:35 0:00

İllinoys Baş Assambleyasının 40-cı rayonu Pol Sakun yerli siyasətçilərin işindən razı olmasa da ev adlandırdığı yerdir.

Pol Sak: “Bizi şəhərdə, rayonlarda, ştatlarda təmsil edən minlərlə siyasətçi var. Lakin onlardan yalnız bir neçəsi iş görür.”

Lakin keçən il onun qapısını döyən şəxs ona yeni ümidlər verib.

Pol Sak: “İmza toplayan şəxs özü barədə mənə bir az məlumat verdi və bizim eyni şeylərə inandığımız aydın oldu. Mənim də artıq bir işin ucundan tutmaq vaxtım idi.”

Beləliklə, Baş Assambleya üçün martın 15-də keçiriləcək seçkilərdə Pol Sak səsini heç vaxt siyasətdə iştirak etməmiş müsəlman amerikalı mühacirə verəcək.

Hariş Patel özünü müstəqil demokrat adlandırır. O heç bir partiyanın üzvü deyil.

Hariş Patel: “Mənim ştatım heç vaxt bizim icmanın ehtiyaclarına hörmət edib cavab verməyib. Düşünürəm ki, bu dairədə demokratiya böhranı mövcuddur.”

Patel 1999-cu ildə ABŞ-a gələndə onun dul qalmış anası ingilis dilində danışa bilmirdi. Lakin ictimai proqramların sayəsində Patel təhsil alıb və kolleci bitirə bilib. İndi isə o, icma üçün iş görmək istəyir.

Hariş Patel: “Bunların hamısı mümkündür. Çünki icma mənə investisiya edib. İndi isə mənim bunu geri qaytarmağımın vaxtıdır. Mən bu proqramların davam etməsini təmin etməliyəm ki, buradakı digər insanlar da bundan faydalana bilsin.”

Çikaqonun 40-cı dairəsi etnik baxımdan ən çox millətin yaşadığı yerdir. Burada üç məscid və böyük müsəlman amerikalı icması var.

Pateldən başqa Caimi Andradi də seçkilərdə namizədliyini irəli sürüb. Kim qalib gəlsə, noyabr ayında seçkiləri böyük ehtimalla o udacaq. Çünki burada respublikaçılardan namizədliyini irəli sürən olmayıb.

Əgər Patel qalib gəlsə, o, İllinoys ştatının Baş Assambleyasına seçiləcək ilk müsəlman amerikalı mühacir olaraq. Patelin seçki kampaniyasının yeni üzvü Pol Sak buna çox ümid edir.

Pol Sak: “İngiliz dilini 14 yaşına kimi bilməyən və başqa ölkədən olan bir nəfər mənim təmsilcim ola bilər.”

Seçkilərdə qələbə işin asan tərəfidir. İllinoys Baş Assambleyası gələn il 9 miliyard illik büdcə defisiti problemini həll etməklə yanaşı, bir sıra başqa problemlərlə qarşılaşacaq.

XS
SM
MD
LG