Accessibility links

ABŞ-da inşaat sektorunda canlanma müşahidə olunur


ABŞ-da inşaat sektorunda iyul ayında irəliləyiş müşahidə olunub. İnşaat sektoru üzrə mütəxəssislər deyir ki, bu sahədə iş yerlərinin sayı 2008-ci illə müqayisədə ən yüksək səviyyədədir. Ölkənin bir çox hissəsində bunu müşahidə etmək olar. İş verənlər bu sahədə mütəxəssislər tapmaqda çətinlik çəkir.

Vaşinqton ətrafındakı bu məhəllədə qaldırıcı kran və lahiyəyə dair lövhənin olması yeni iş yerlərinə birbaşa işarədir. ABŞ şəhərlərində inşaat sektorunda çiçəklənmə ilə yanaşı işçilərə tələb də artıb.

Amerika Podratçılar Təşkilatının baş iqtisadçısı Ken Simonson deyir ki, inşaat sektorunda iş yerləri digər sahələrə görə iki dəfə çox artıb.

Ken Simonson: “Lakin bu sahə təhlükə ilə üzləşib. Çünki işə götürmək üçün kifayət qədər mütəxəssis yoxdur. İnşaat sənayesi işə adam götürmək üçün can atır.”

2008-ci ildə iqtisadi tənəzzül yaşananda inşaat sektorundakı bir çox lahiyələr təxirə salındı. PNC şirkətinin maliyyə üzrə mütəxəssisi Qus Fauçer bunu belə xatırlayır.

Qus Fauçer: “İnsanların çoxu işlərini itirdi və onlar başqa sahələrə yönəldilər və ya təqaüdə çıxdılar. İndi isə bu sektorda yenidən canlanma baş verir və mütəxəssis tapmaq çətinləşib.”

İnşaat sektorunda son illərdə iş yerlərinin sayının artmasına baxmayaraq 2006-cı illə müqayisədə bu rəqəmlər aşağıdır.

Ken Simonson deyir ki, bu sahəyə marağı artırmaq üçün təkan olmalıdır.

Ken Simonson: “Biz ictimai təşkilatlarla, məktəblərlə və kolleclərlə müasir texniki təhsil üzərində işləyirik. Bu proqramdan məzun olanlar həmin bu işlərə qəbul olunurlar.”

Qus Fauçer deyir ki, canlanma sadəcə inşaat sektoru ilə kifayətlənmir. Digər sahələrdə də canlanma qeydə alınıb.

Qus Fauçer: “Biz inşaat sektorunda yeni evlərin tikilməsi sahəsində canlanma görürük. İstehsal, təhsil, səhiyyə, qida, mehmanxana kimi sahələrdə inkişafı müşahidə etmişik.”

Hər ay şirkətlərdə iş yerlərinin artımı birjada müsbət qarşılanıb. İkinci rübdə istehlak xərclərinin artması mütəxəssislərin fikrincə iqtisadiyyata 255 min yeni iş yerinin açılmasına səbəb olub. Bu, Amerika iqtisadiyyatının düzgün yolda olduğunu göstərir.

XS
SM
MD
LG