Accessibility links

Dekabr ayında ABŞ iqtisadiyyatında yeni 292 min iş yeri açılıb. Bu, dünyanın ən nəhəng iqtisadiyyatına malik Birləşmiş Ştatların böyüməsini göstərir.

Cümə günü açıqlanan hesabatda Əmək Nazirliyi bildirir ki, 5 faizlik işsizlik səviyyəsi son üç ayda stabil olaraq qalıb.

Rəqəmlər göstərir ki, son ildə əmək haqlarında 2,5 faiz artım müşahidə olunub.

Yeni iş yerlərindəki artım iqtisadçıların gözlədiklərindən daha da çox olub. İş yerləri əsasən biznes, inşaat, səhiyyə və restoran sahələrində artıb. Neft sektorunda isə iş yerlərində ixtisarlar davam etməkdədir.

iqtisadçıların təxminlərindən daha yaxşı nəticə göstərməsinə baxmayaraq, hesabatda 7,9 miliyon insanın hələ də işsiz, 6 miliyonun isə yarım-ştat olaraq çalışdığı qeyd olunur.

XS
SM
MD
LG