Accessibility links

ABŞ iqtisadiyyatı ləng inkişaf edir


ABŞ iqtisadiyyatının ləng dirçəlişi
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Yük daşımaları, hava karqosu və turizm kimi müxtəlif iqtisadi göstəricilərə olan təlabat inkişaf prosesini daha aydın göstərir

Birləşmiş Ştatların bəzi əsas sənaye sahələrinə nəzər saldıqda iqtisadiyyatın bərpa olunması bir az səliqəsiz və iqtisadi artımın yavaşıdığı görünməkdədir. Amerikanın Səsinin müxbiri Cim Rəndl məsələyə daha geniş nəzər salmaq üçün biznes səyahətləri, karqo və yük nəqliyyatı üzrə mütəxəssislərə müsahibə aparıb.

İqtisadçılar Birləşmiş Ştatlarda yük daşımalarının 70 faizinin quru nəqliyyatı vasitəsilə həyata keçirildiyini deyirlər. Amerika Nəqliyyatda Yük Daşımaları Assossiasiyası yük daşımaların iqtisadi göstərici olduğunu deyərək, bunu istehsalçıların xammal nəql etmələri, zavodlara ehtiyyat hissələri, idxal və ixrac mallarının dükanların piştaxtalarına çatdırmaları ilə izah edir.

Bob Kastello birliyin baş iqtisadçısıdır. O deyir ki:“Biz faktiki olaraq çox yaxşı və aparıcı iqtisadi göstərici rolunu oynayırıq. Tonnaj düşməyə başlayanda biz əsəbləşirik, artanda çox məmnun oluruq.”

Hal-hazırda yük daşımalarının həcmi artmaqdadır, lakin iqtisadi inkişafda yavaş-yavaş geriləmə müşahidə olunur.

Bob Kastello iqtisadiyyatın ikinci tənəzzülə doğru getmədiyini, lakin iqtisadiyyatın bərpa olunması prosesinin ləng davam edəcəyini düşünür.

İqtisadi inkişafın digər göstəricisi hava nəqliyyatı karqosu ilə müəyyən olunur. Ən son göstəricilərə əsasən iyul ayında bütün dünya üzrə hava nəqliyyatı karqosuna olan təlabatda 3 faizdən çox enmə müşahidə olunub. Bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının nümayəndəsi Perry Flint deyir: “Əgər siz hava karqosunda azalmanı və digər faktorları müşahidə edirsinizsə bunu da tənəzzülün əsas göstəricisi hesab etmək olar.”

Belə ki, eyni hesabat həmin dövr ərzində sərnişin nəqliyyatından istifadənin artdığını göstərib.

Bəlkə də buna görə “Cambria Suites Hotels”-də yüksək vəzifə sahibi olan Maykl Mörfi bizneslərinin güclü olduğunu deyir: “Hal-hazırda biz otel sənayesi tarixində ən yüksək təlabatı müşahidə edirik. Əvvəlki dövrlə müqayisədə indi insanlar daha çox səyahət edir, və bu turizmin bütün seqmentlərində müşahidə olunur.

İqtisadi proqnozları müəyyən etməyin çətin və mürəkkəb proses olmasının səbəblərindən biri də ziddiyətli göstəricilərin olmasıdır. Məsələn, hökümət rəsmiləri ilk dəfə aprel, may və iyun aylarında ABŞ iqtisadiyyatının illik artım səviyyəsinin 1.5 faiz təşkil etdiyini dedilər. Yeni məlumatlar daxil olduqdan sonra onlar yenidən təftiş edərək iqtisadi inkişaf həddinin daha çox, yəni 1.7 faiz təşkil etdiyini bildiriblər.

Ləng iqtisadi dirçəlişin çarəsini tapmaq daha da müşkül məsələ olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG