Accessibility links

ABŞ İrana verilən 400 mln dolların girov pulu olduğunu təkzib edib


Vəsaitin silah razılığının bərpası üçün ödənildiyi bildirilir

ABŞ dövlət katibi Con Kerri ABŞ-ın “girovları azad etmək üçün” pul vermədiyini bildirib. Obama administrasiyasının amerikalı girovların azad olması ilə eyni gündə İrana 400 mln dollar verməsi bir çoxlarında sual yaradıb.

ABŞ rəsmiləri yanvarda 400 mln dolların İrana köçürülməsini əvvəllər mövcud olmuş və sonradan dayandırılmış silah razılığının bərpa olunması üçün ödəndiyini bildirib. Lakin bəzi tənqidçilər, xüsusən də İranın nüvə razılaşmasının əlehinə olanlar bunu girov pulu adlandırıblar.

Florida senatoru Marko Rubio Tweet səhifəsində bu razılaşmanın “inanılmaz” olduğunu bildirib.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys girov pulu verilməsinin daha çox amerikalının həyatını təhlükəyə qoyacağını deyib. “Biz bilirik ki, İranla nüvə razılaşması tarixi səhvdir. Bu daha da mənfiyə doğru gedir,” deyə o bildirib.

Argentinaya səfəri zamanı dövlət katibi Kerri bu hərəkəti müdafiə edib.

Ağ Ev sözçüsü Coş Ernest tərəfindən verilən bəyanatda yalnız İranda sağçıların və Amerikada nüvə razılığının əleyhinə olan respublikaçıların bu köçürməni girov pulu kimi qələmə verdiklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG