Accessibility links

ABŞ və İran nüvə danışıqlarının yeni raunduna hazırlaşır


İranla nüvə proqramında dair danışıqların bu həftə növbəti raudunun başlaması ərəfəsində ABŞ Dövlət katibi Con Kerri razılığın əldə olunması qarşısında maneələrin texniki deyil, siyasi xarakter daşıdığını deyib.

CBS tele şirkətinə müsahibə zamanı danışan Con Kerri deyib ki, texniki səviyyədə hələ də bəzi fikir ayrılıqları qalmaqdadır. “Lakin fikir ayrılıqlarının böyük hissəsi əsas etibarilə dünyaya proqramın dinc xarakter daşıdığını sübut etmək haqda vədə əməl etmək üçün veriləcək siyasi qərarlarla bağlıdır”-deyə Con Kerri əlavə edib.

ABŞ Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqların növbəti raundunu keçirmək üçün bazar günü İsveçrəyə səfər edir. Tərəflər martın 31-i qoyulmuş son möhlətə qədər İranın nüvə proqramı ilə bağlı razılıq əldə etməyə çalışır.

Bu arada, ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnell danışıqların aparılması əleyhinə bəyanatla çıxış edərək, prezident Barak Obamanın Tehranla “olduqca pis bir razılığa” gəlmək ərəfəsində olduğunu deyib.

Ağ Ev Konqresin İranla nüvə proqramına dair danışıqlara müdaxiləyə son qoymasını istəyir.

Ağ Evin administrasiyasının rəhbəri Dennis Makdona Konqresə göndədiyi məktubda xəbərdarlıq edib ki, İranla nüvə proqramına dair əldə ediləcək hər hansı razılaşmanın Konqres tərəfindən təsdiqini nəzrədə tutan qanun layihəsinin danışıqlara mənfi təsiri ola bilər.

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, prezident Barak Obama təklif edilmiş qanun layihəsinə vero qoyacağını deyib.

İranla razılığa etiraz edən ABŞ qanunvericiləri Tehrana etibar etməyin mümkün olmadığını bildirir.

XS
SM
MD
LG