Accessibility links

ABŞ İraqda humanitar və hərbi əməliyyatları davam etdirir


ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, ABŞ günahsız insanlar qətliamla üzləşdiyi zaman özünü görməməzliyə vura bilməz, ona görə də o, İraqa müdaxilə qərarı verib.

Cənab Obama bu gün həftəlik müraciətində deyib ki, ABŞ-ın hərbi təyyarələrlə havadan atdığı ərzaq və su islamçı yaraqlılarından qorunmaq üçün dağlara qaçan İraqın minlərlə mülki sakinini sağ qalmasına kömək edəcək.

Sincar dağlarına qaçanlara, xristianlar, yezidilər və başqa dini azlıqların nümayəndələri daxildir. İŞİD onların ya dinlərinin dəyişdirilməsinə, ya da öldürülməsinə göstəriş verib.

Dünən ABŞ ordusu İŞİD-ə qarşı iki hava hücumu həyata keçirib. Hücumda həm qırıcı, həm də pilotsuz təyyarələrdən istifadə edilib.

Cənab Obamanın sözlərinə görə, hücumun məqsədi İrbil şəhərində xidmət edən Amerika diplomatlarını və hərbi müşavirləri qorumaq olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG